Paytaxtdan bölgələrə iki günə 20 minə yaxın sərnişin daşınıb

paytaxtdan-bolgelere-iki-gune-20-mine-yaxin-sernisin-dasinib
Oxunma sayı: 213

Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar mayın 26-dan gücləndirilmiş iş rejimində çalışır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, iki gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 592 reys həyata keçirilib, 20 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 180 reys həyata keçirilib. Sərnişinlərin 55%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.