Maşınla vurduğu 21 yaşlı kuryer xəstəxanalıq oldu - Foto

masinla-vurdugu-21-yasli-kuryer-xestexanaliq-oldu
Oxunma sayı: 401

Gəncədə qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı avtomobillə motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü, kuryerlik fəaliyyəti ilə məşğul olan 2005-ci il təvəllüdlü Əli Həsənovun qolu sınıb. O, xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev