24195 şəxs “xalq kompüteri”ndən faydalandı

24195-sexs-xalq-komputerinden-faydalandi
Oxunma sayı: 697


“Qafqazinfo” ictnews-a istinadən xəbər verir ki, kompüterlərin satış həcmində növbəti dəyişiklik baş verib. Belə ki, artıq güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 24195 ədədə çatıb. 

“Xalq kompüteri”  layihəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.

Sözügedən  layihə çərçivəsində təqdim olunan kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır. 

Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizat isə “BestCompGroup” şirkəti tərəfindən həyata keçirilir.