Yasamal rayonunda faciəvi hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, 1975-ci il təvəllüdlü Sahib Hüseyn oğlu Həsənov yaşadığı Əbdülvahab Salamzadə küçəsi ev 2 “D” ünvanındakı binanın 10-cu mərtəbəsindən yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.