Mayın 15-də Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, 21 yaşlı Elvin Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 1988-ci il təvəllüdlü piyada Hasılov Pərvin Mirzə oğlunu vurub.
Ağır xəsarətlər alan piyada Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb.