8 gündə İsrailə 6300 raket atılıb

8-gunde-israile-6300-raket-atilib
Oxunma sayı: 1819

Oktyabrın 7-dən İsrail ərazisinə Qəzza zolağından 6300 raket atılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Today in Israel” məlumat yayıb.

Bildirilib ki, hücumlar nəticəsində 1300 nəfər həlak olub, 3300-dən çox mülki şəxs xəsarət alıb.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.