Ərdoğan Yunanıstan Prezidenti ilə görüşdü

erdogan-yunanistan-prezidenti-ile-gorusdu
Oxunma sayı: 160

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yunanıstanlı həmkarı Konstantinos Tasulasla görüşüb.

“Qafqazinfo” “TRT Haber”ə istinadla xəbər verir ki, görüş İstanbulda Prezident Administrasiyasının Dolmabağça ofisində keçirilib.

Bildirilib ki, Ərdoğan yunanıstanlı həmkarını rəsmi mərasimlə qarşılayıb. Liderlər ofisin girişində əl sıxdıqdan sonra təkbətək görüşə keçiblər.

Görüş mətbuata qapalı keçirilib.