ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV

abs-suriyadaki-herbcilerinin-sayini-azaldir
Oxunma sayı: 1214

ABŞ Suriyada hərbi kontingentini 500 nəfərə qədər azaltmağı planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The New York Times” yayıb.

Mənbələr qeyd edib ki, hərbçilər ölkənin şimal-şərqində 8 kiçik əməliyyat obyektindən üçünü bağlayır və bununla da qoşunlarında hərbçi sayını 2000-dən 1400-ə qədər endirir.

İki yüksəkvəzifəli məmurun sözlərinə görə, amerikalı komandirlər 60 gündən sonra əlavə ixtisar aparıb-aparmamaqla bağlı dəyərləndirmələr aparacaq.

Həmçinin qeyd olunub ki, hərbçilər Suriyada 500-ə qədər amerikalı hərbçi saxlamağı tövsiyə ediblər.