Süleyman Mikayılov növbəti qəbul keçirdi - Fotolar

suleyman-mikayilov-novbeti-qebul-kecirdi
Oxunma sayı: 1192

Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Sahil qəsəbə sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbula 90-a yaxın qəsəbə sakini qatılıb.

Sakinlərdən 15 nəfəri fərdi qaydada dinləyən S. Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll olunub.

Qeyd edək ki, Qaradağ RİH başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.