Cüdoçularımızın “Böyük Dəbilqə”də ilk rəqibləri müəyyənləşdi

cudocularimizin-boyuk-debilqede-ilk-reqibleri-mueyyenlesdi
Oxunma sayı: 940

Azərbaycan cüdoçularının Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşib.

Bu barədə “Qafqazinfo”ya Cüdo Federasiyasından məlumat verilib.

Qeyd edək ki, sabah, Bakı vaxtı ilə saat 09:00-da başlayacaq turnirdə Azərbaycanı 3 çəki dərəcəsində 3 idmançı təmsil edəcək.

Qadınlar
1/16 final
48 kq

Könül Əliyeva - Kyonxa Li (Cənubi Koreya)

52 kq

Gültac Məmmədəliyeva - Lea Beres (Fransa)

57 kq

Fidan Əlizadə - Medine Orazniyazova (Türkmənistan).