Sakit okeanın qərb hissəsində yerləşən kiçik adalar ölkəsi Nauru rəsmi olaraq adını dəyişərək Naoero adlandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avstraliyanın “ABC” telekanalı ölkə hökumətinin bəyanatına istinadən məlumat yayıb.
Hökumətin bəyanatında bildirilir ki, əvvəllər Nauru kimi tanınan dövlətin yeni rəsmi adı Naoero Respublikasıdır və ölkə sakinləri bundan sonra “dei-Naoero” adlandırılacaq.
Cari ilin may ayında ölkə parlamenti Prezident Devid Adeanqın təklif etdiyi konstitusiya dəyişikliyini təsdiqləyib. Dövlət başçısı sosial şəbəkədəki hesabında referendumun keçirilməməsini Naoero adının yeni olmaması və tarixi köklərə söykənməsi ilə izah edib. Həyata keçirilən bu ad dəyişikliyinin əsas məqsədi xalqın irsini, dilini və unikal kimliyini daha yaxşı əks etdirməkdir.
Qeyd edək ki, 21,3 kvadratkilometr əraziyə və təxminən 11 min nəfər əhaliyə malik Naoero dünyada ən kiçik müstəqil respublika, eləcə də ən kiçik ada dövlətidir.
Son xəbərlər
Son Xəbərlər