Alidə Mustafayeva icra başçısı olan ərindən ayrılıb?

alide-mustafayeva-icra-bascisi-olan-erinden-ayrilib
Oxunma sayı: 3526

Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovla aparıcı Alidə Mustafayevanın boşanması haqda məlumatlar yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, aparıcı iddialarla əlaqədar açıqlama yayıb. 

O, yayılan informasiyaları təkzib edib: “Media nümayəndələrini məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə yoxlamağa, peşə etikası və məsuliyyət prinsiplərinə riayət etməyə çağırıram. Dezinformasiyanın yayılması hüquqi və ictimai məsuliyyət yaradır.”

Qeyd edək ki, yayılan xəbərlərdə cütlüyün 6 aydır ayrı yaşadığı bildirilirdi. 

Xatırladaq ki, icra başçısı ilə aparıcı 2024-cü ilin fevral ayında ailə həyatı qurub.