Göygöldə 37 yaşlı kişi bıçaqlandı - Yenilənib

goygolde-37-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 621

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, 1989-cu il təvəllüdlü Camal Həmzəyev bıçaq yarası ilə xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Adıçəkilən şəxsin kim və ya kimlər tərəfindən hansı şəraitdə bıçaqlandığı araşdırılır.

***

Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində C. Həmzəyevə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən İman Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Yunis Quliyev