DÇ-də sensasiya - Almaniya Paraqvaya uduzdu-Yenilənib

dc-de-sensasiya
Oxunma sayı: 2652

Dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, Almaniya yığması Paraqvay kollektivi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.

DÇ-2026

1/16 final

Almaniya – Paraqvay

***

Matç başladı.

***

42-ci dəqiqədə Xulian Ensiso hesabı açır.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Kai Havertz 54-cü dəqiqədə hesabı bərabərləşdirir.

***

Matçın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatdı. Əlavə hissələr oynanılacaq.

***

Əlavə olunmuş ilk hissə başladı.

***

Almaniya hesabda önə keçir. 102-ci dəqiqədə Yonatan Ta fərqlənir.

***

Almaniyanın 102-ci dəqiqədə vurduğu qol ləğv olundu. VAR-ın qərarına görə, həmin epizodda qapıçıya qarşı qayda pozulub.

***

Əlavə olunmuş ilk hissə başa çatdı.

***

Əlavə olunmuş ikinci hissə başladı.

***

Əlavə olunmuş ikinci hissə də başa çatdı. Hesab dəyişmədi. Matçda penaltilər seriyası oynanılacaq.

***

Almaniya ilk penaltini vura bilmədi. Key Havertzin zərbəsini qapıçı qaytardı.

***

Almaniya yenə vura bilmədi. Voltemadenin zərbəsini qapıçı qaytardı.

***

Paraqvay penaltilər seriyasında Almaniyaya 4:3 qalib gələrək 1/8 finala çıxır.