“Caspian Capital Holding”in vitse-prezidenti vəzifəsinə təyinat - Foto

caspian-capital-holdingin-vitse-prezidenti-vezifesine-teyinat
Oxunma sayı: 831

“Caspian Capital Holding”in idarəetmə strukturunun təkmilləşdirilməsi və strateji inkişaf prioritetlərinin gücləndirilməsi çərçivəsində David Seliverstov holdinqin vitse-prezidenti vəzifəsinə təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Caspian Capital Holding”in mətbuat katibliyi məlumat yayıb.

Təyinat “Caspian Capital Holding”in İdarə Heyətinin sədri Elxan Paşayevin qərarı əsasında həyata keçirilib.

Yeni vəzifəsində David Seliverstova yüksək texnologiyalar, innovativ inkişaf, iqtisadi əməkdaşlıq, beynəlxalq tərəfdaşlıqlar və strateji layihələr üzrə fəaliyyət istiqamətlərinin koordinasiyası həvalə olunub.

David Seliverstov holdinqin texnoloji inkişaf strategiyasının gücləndirilməsi, rəqəmsal transformasiya proseslərinin dəstəklənməsi, innovativ iqtisadi təşəbbüslərin təşviqi, investisiya yönümlü layihələrin inkişafı və beynəlxalq əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.