“Altıncı ulduzu gözləyirik” - Vinisius Junior

altinci-ulduzu-gozleyirik
Oxunma sayı: 569

Braziliya milli komandası və “Real Madrid”in hücumçusu Vinisius Junior komandasının DÇ-2026-da çempion olmaq və kuboku vətənə qaytarmaq üçün maksimum güc nümayiş etdirəcəyini deyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ulduz futbolçu “Globo” nəşrinə müsahibəsində söyləyib.

O, yeni nəslin məsuliyyəti üzərinə götürməyə tam hazır olduğunu qeyd edib:

“Hazırkı nəsil Braziliyanı yenidən zirvəyə qaldırmaq üçün böyük səy göstərir. Ölkəmiz artıq uzun müddətdir ki, altıncı ulduzu gözləyir. Son illər ərzində biz çox şey öyrənmişik, futbolçularımızın əksəriyyəti ötən Amerika Kubokunda iştirak edib. Karlo Ançelotti bizə azadlıq, rahatlıq və zirvəyə qayıtmaq ümidi verir. Təcrübəli futbolçular da gənclərə sərbəstlik tanıyırlar ki, biz özümüzü tam şəkildə göstərə bilək”.

Xatırladaq ki, Braziliya millisi rekord sayda – 5 dəfə dünya çempionu titulunu qazansa da, “pentakampionlar” sonuncu dəfə bu sevinci 2002-ci ildə yaşayıblar.

Qeyd edək ki, DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində Braziliya yığması bu gün Yaponiya seçməsi ilə üz-üzə gələcək.