Arif Mirzəyev dəfn edildi - Yenilənib

arif-mirzeyev-defn-edildi
Oxunma sayı: 1627

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hazırda Əməkdar artistlə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mərhumun yaxınları iştirak edir.

Qeyd edək ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Arif Mirzəyev noyabrın 10-u Almaniyada vəfat edib.

***

Əməkdar artist Arif Mirzəyev Bakıda “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.