UEFA Avropa Liqasında bu gün 1/4 final mərhələsinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib.
“Mançester Yunayted” səfərdə “Lion”un qonağı olub. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Tottenhem” Londonda “Ayntraxt”la bərabərə qalıb.
“Latsio” isə səfərdə “Bodo-Qlimt”lə görüşdə məğlub olub. Ev sahibləri rəqibini 2 cavabsız qolla məğlub edib.
UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
“Bodo Qlimt” (Norveç) - “Latsio” (İtaliya) - 2:0
“Tottenhem” (İngiltərə) - “Ayntraxt” (Almaniya) - 1:1
“Lion” (Fransa) - “Mançester Yunayted” (İngiltərə) - 2:2
“Reyncers” (Şotlandiya) - “Atletik” (İspaniya) - 0:0
Qeyd edək ki, UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 17-də keçiriləcək.