Avstraliyanın Sidney şəhərində kilsədə dini mərasim zamanı naməlum şəxs bıçaqla keşişə hücum edib.
“Qafqazinfo” “ABC” telekanalına istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər yaralanıb.
Hücum edən şəxsin saxlanıldığı bildirilir.
Mari Emmanuel adlı zərərçəkən keşişin Avstraliyada tanınmış bloqer olduğu qeyd olunub.