28-ci bölümü ilə sezon finalını edəcək Türkiyənin reytinqli “Uzak Şehir” serialına yeni aktrisa daxil olacaq.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, serialda məşhur aktrisa Çağla Şimşek də rol alacaq.
Belə ki, Çağla serialda “İpək” obrazını canlandıracaq.
Qeyd edək ki, Ç. Şimşek “Kayıp Prenses”, “Tozluyaka”, “Elif”, “Kardeşlerim”, “Küçük Gelin” kimi seriallarda oynayıb.