“Azərbaycan təbiəti” kitabının təqdimatı keçirildi - Fotolar

azerbaycan-tebieti-kitabinin-teqdimati-kecirildi
Oxunma sayı: 1060

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən “Azərbaycan təbiəti” kitabının təqdimatı keçirilib

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro, Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Məhəmməd Əl Buşi, tədqiqatçı-alimlər, dövlət qurumlarının əməkdaşları iştirak edib.

Təqdimatda çıxış edənlər yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycan təbiətini hədsiz dərəcədə sevən ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrinin davam etdirildiyindən danışılıb.

Qeyd edilib ki, kitabın ekosistemin ayrılmaz tərkib hissəsi olan bioloji müxtəlifliyin mühafizəsində, gələcək nəsillərə çatdırılmasında və təbliğində mühüm rol oynayacaq.

Tədbirdə, həmçinin 2024-cü ilin Azərbaycan Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin qorunmasına verilmiş mühüm töhfə olduğu bildirilib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının növbəti ildə ölkəmizdə keçirilməsinin əhəmiyyəti vurğulanıb.