Bakıda 64 yaşlı qadın aptekdə öldü

bakida-64-yasli-qadin-aptekde-oldu
Oxunma sayı: 3277

Bakıda aptekdə ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində yerləşən aptekdə baş verib.

Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Zenfira Məmmədova aptekə daxil olub və az sonra vəfat edib. Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.