Bakıda ictimai nəqliyyatla bağlı vacib - Yenilik-Foto

bakida-ictimai-neqliyyatla-bagli-vacib
Oxunma sayı: 4382

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. 

Sərnişinlərin ictimai nəqliyyat növləri arasında rahat keçidinin təmin olunması məqsədilə ərazidə avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirəcək multimodal HUB-ın yaradılmasına başlanılıb.

Beləliklə, görüləcək işlər çərçivəsində:

- metrostansiyasının cənub çıxışında (Milli Gimnastika Arenasının qarşısı) dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılacaq;

- minik avtomobilləri üçün “park and ride” tipli parklanma yerləri təşkil ediləcək;

- taksi minik avtomobilləri üçün yolun hərəkət hissəsinə yaxın duracaq yaradılacaq;

- elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələri quraşdırılacaq.

Qeyd edək ki, “Koroğlu”dakı mövcud mübadilə mərkəzi eyniadlı metrostansiyasının platformasından xeyli aralı yerləşir və sərnişinlər bir neçə dəqiqə piyada məsafə qət etməli olur. Həmçinin mərkəzdən çıxan avtobusların birbaşa Heydər Əliyev prospektinə doğru hərəkəti zamanı tıxaca düşməsi halları yaşanır.