Bakıda yaşayış binasında yanğın - Yenilənib-Video

bakida-yasayis-binasinda-yangin
Oxunma sayı: 6951

Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasında yanğın başlayıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Nazim Hacıyev küçəsində qeydə alınıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

***

Hadisə ilə bağlı FHN məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, F.Yusifov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 8 mənzilin yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 98kv.m. olan mənzilin eyvanı 15 kv.m. sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 40kv.m. olan mənzilin artırması 30kv.m. sahədə və 5 ədəd şam ağacı yanıb.

Binanın böyük hissəsi və ətrafdakı digər ağaclar yanğından mühafizə olunub.