Bakı–Sumqayıt qatarından istifadə edənlərin nəzərinə!

bakisumqayit-qatarindan-istifade-edenlerin-nezerine
Oxunma sayı: 1965

“Aprelin 1-dən Abşeron dairəvi dəmir yolu xəttində əlavə 61 reys təyin olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bu gün keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, bu addım sərnişin sıxlığının azaldılması ilə bağlı atılıb.

***

Azər Fərəcov, həmçinin bildirib ki, Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur.

“Əvvəlki qrafiklə sonuncu qatar 19:35-dədir. Bu isə işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir. Eyni zamanda, Bakı-Xırdalan-Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 07:20-dən Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni FLİRT qatarı Bakıya 07:15-də çatacaq”, - o qeyd edib.