“Bank of Baku”da “Black Friday” kampaniyalarına start verildi - Foto

bank-of-bakuda-black-friday-kampaniyalarina-start-verildi
Oxunma sayı: 2477

“Bank of Baku” müştərilərinə daha sərfəli və qazanclı alış-veriş fürsəti yaratmaq məqsədilə “Black Friday” kampaniyasına start verib.

“Qafqazinfo” xəbər verir ki, 26 noyabradək Bolkart kredit kartı ilə “Trendyol”da edilən ödənişlərdə keşbek faizi 10 % olub.

Yəni Bolkart kredit kart sahibləri “Trendyol” səbətindəki məhsulları Bolkart kredit kartı ilə aldıqları halda dərhal 10 % keşbek qazanacaqlar.

Şərtlərə əsasən, kampaniya müddətində “Trendyol”da edilən əməliyyatlarda 200 AZN dövriyyə tələbi nəzərə alınmayacaq, istisnasız olaraq hər ödənişə 10 % keşbek hesablanacaq.

Qeyd edək ki, ay ərzində hər bir müştəri maksimum 100 AZN keşbek qazana bilər.

“Bank of Baku” müştərilərə rahat alış-veriş üçün Bolkart kredit ilə əlavə imkanlar da vəd edir:

30.000 AZN-dək limit;

100 % nağdlaşdırma;

60 gün güzəşt müddəti;

24 ayadək faizsiz ödəmə imkanı.

Bolkart debet kartı isə “Trendyol”da 7 % keşbek, əlavə olaraq hər yerdə 3 % keşbek, kartdakı qalığa illik 7 %-dək gəlir, komissiyasız pul köçürmə üstünlükləri təqdim edir.

Qeyd edək ki, “Bank of Baku”nun Bolkart kartlarını əldə etmək ödənişsizdir.

“Bank of Baku”da hazırda davam edən fürsətlərdən biri də 0% komissiya ilə nağd pul kreditidir. Müştərilər bankdan 50.000 AZN-dək nağd pul kreditini 0  % komissiya ilə edə bilərlər. Üstəlik nağd pul kreditini zaminsiz, 3 ay güzəşt və 5 %-dək endirim ilə almaq mümkündür.

Qeyd edək ki, 30 ilə yaxındır ki, fəaliyyət göstərən “Bank of Baku” paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət göstərir.

Bankın məhsul və kampaniyaları haqqında daha ətraflı məlumatla “145 Məlumat Mərkəzinə” zəng edərək və ya bankın rəsmi veb səhifəsinə - www.bankofbaku.com və ya rəsmi feysbuk səhifəsinə - www.facebook.com/bankofbaku  daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/Bankofbaku