“Bayer” “Roma”ya qarşı

bayer-romaya-qarsi
Oxunma sayı: 1435

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu mərhələnin ilk oyunları eyni günə təsadüf edəcək.

“Roma” İtaliyada Almaniya çempionu “Bayer”lə üz-üzə gələcək. Digər yarımfinal görüşü isə Fransada Marsel “Olimpik”i ilə İtaliyanın digər təmsilçisi “Atalanta” arasında baş tutacaq.

Cavab matçları mayın 9-da keçiriləcək.

Avropa Liqası

Yarımfinalın ilk oyunları

2 may

23:00. “Roma” (İtaliya) – “Bayer” (Almaniya)

23:00. “Olimpik” (Marsel, Fransa) – “Atalanta” (İtaliya)