“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır

besiktas-levandovskinin-transferi-ucun-furset-axtarir
Oxunma sayı: 1567

“Beşiktaş” “Barselona”nın hücumçusu Robert Levandovskini almaq istəyir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Hasan Arat fürsət yaransa, yaxın münasibətlərindən istifadə edəcəyini bildirib. 

Maddi cəhətdən çətin transfer kimi görünsə də, “Beşiktaş”ın bunun üzərində çalışacağı vurğulanıb.

Qeyd edək ki, klub rəsmisi Hasan Arat bundan öncəki Ernest Muçi transferində Polşa prezidenti Andrey Dudadan dəstək almışdı.