Boris Nemtsovun qızı barəsində qiyabi həbs qərarı verildi

boris-nemtsovun-qizi-baresinde-qiyabi-hebs-qerari-verildi
Oxunma sayı: 513

Moskvanın Zamoskvoretski Məhkəməsi rusiyalı siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsovanı qiyabi həbs edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, imkan qətimkan tədbiri J. Nemtsova Rusiya ərazisində saxlanıldığı və ya ölkəyə deportasiya olunduğu andan qüvvəyə minəcək və o, 2 ay müddətinə istintaq təcridxanasında saxlanılacaq. Boris Nemtsov Adına Azadlıq Fondunun həmtəsisçisi olan Janna Nemtsova arzuolunmaz təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham olunur.

Qeyd edək ki, iyulun 21-də məhkəmə rusiyalı bloqer Mixail Svetov barəsində də analoji olaraq qiyabi həbs qərarı çıxarmışdı.