Hollivud aktyoru Bred Pitt yeni sevgilisi İnes de Ramona ilə ilk dəfə qırmızı xalçadan keçib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Belə ki, 60 yaşlı aktyor Venesiya kinofestivalında 34 yaşlı sevgilisi ilə birlikdə görünüb.
Cütlük qırmızı xalçada aktyor Corc Kluni və həyat yoldaşı Amal ilə birlikdə fotoqraflara pozalar verib.
Qeyd edək ki, Bred 2014-cü ildə evləndiyi Ancelina Coli ilə 2016-cı ildə təyyarədə etdikləri mübahisədən sonra ayrılıblar. Hollivud ulduzları 7 illik məhkəmə prosesindən sonra ötən il boşanmalarını yekunlaşdırıblar.
Cütlüyün Maddoks, Paks, Zahara, Şilo, həmçinin Noks və Vivyen adlı əkiz uşaqları var.