“Bu, münaqişənin genişlənməsinin qarşısını alacaq”

bu-munaqisenin-genislenmesinin-qarsisini-alacaq
Oxunma sayı: 2140

“Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında regional təhlükəsizlik məsələri müzakirə edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Suriyada yeni hakimiyyətin beynəlxalq aləmə tam hüquqi inteqrasiyası önəmlidir. İsrail-Fələstin münaqişəsi kontekstində atəşkəsin əldə olunması fonunda girovlarla bağlı razılaşmanın sabahdan qüvvəyə minməsini böyük ümidlə gözləyirik. Bu həm də münaqişənin genişlənməsinin qarşısını alacaq”,  - C. Bayramov vurğulayıb.

Nuranə Daxilqızı