Bu gündən etibarən “Buta Airways” aşağı büdcəli aviaşirkətinin aviabiletlərinin satışa buraxıldığı rəsmi saytı işə başlayıb.
"Qafqazinfo" xəbər verir ki, www.butaairways.az saytı üç dildə – Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.
Aviaşirkətin ilk reysi sentyabrın 1-ə Tbilisiyə planlaşdırılıb.
İlk mərhələdə aviaşirkət Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Kiyev (“Julyanı” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul (“Sabiha Gökçen” Hava Limanı) və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.
Bütün istiqamətlər üzrə minimal tarif cəmi 29 avro (bir tərəfə) təşkil edir. Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək. Tariflər barədə ümumi məlumat "Tariflər və xidmətlər" səhifəsində təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər