Tərtərdə qazinin toyu oldu - Fotolar

terterde-qazinin-toyu-oldu
Oxunma sayı: 1156

Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,  YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Vətən müharibəsi qaziləri Vətən müharibəsinin III dərəcəli əlili Cəfərli Elvin Hafiz oğlunun toy şənliyində iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, toy şənliyində çıxış edənlər yeni ailə quran  gəncləri təbrik edib, onlara gələcək həyatlarında uğurlar, xoşbəxtlik və firavanlıq arzulayıb, qazimizin valideynlərinə gözaydınlığı veriblər.

Məlumat üçün qeyd edək ki, “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elvin Cəfərli Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşan istiqamətlərində gedən ağır döyüşlərdə mərdliklə iştirak edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları, həmçinin Azərbaycan Baş nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

Vətən müharibəsi əlili Elvin Cəfərli onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.