Çində yanğınsöndürənlər qəzaya düşdü - 6 ölü

cinde-yanginsondurenler-qezaya-dusdu
Oxunma sayı: 279

Çinin mərkəzi hissəsində yerləşən Hunan əyalətində yanğınsöndürən avtomobil dərəyə aşaraq qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı məlumatı Çin Mərkəzi Televiziyası yayıb.

Qəza dağlıq ərazidə qeydə alınıb. Avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Hadisə nəticəsində 6 yanğınsöndürən həlak olub, daha 1 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.