Daha 94 nəfər yataqxana və yarımçıq tikilidən öz evinə köçdü

daha-94-nefer-yataqxana-ve-yarimciq-tikiliden-oz-evine-kocdu
Oxunma sayı: 4665

Bu gün respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 380 ailənin, yəni 1392 nəfərin daimi məskunlaşması təmin edilib.