Dünən Rusiya XİN-ə çağırılmışdı, bu gün getdi - Video

dunen-rusiya-xin-e-cagirilmisdi-bu-gun-getdi
Oxunma sayı: 6515

Xəbər verdiyimiz kimi, dünən Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo”nun TASS-a istinadən məlumatına görə, səfir bu gün Rusiya XİN-ə gedib. 

Diplomat Xarkovda Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində fransalı muzdlu döyüşçülərin ölməsi ilə əlaqədar çağırılıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 17-si Xarkovda xarici muzdlu döyüşçülərin yerləşdiyi obyektə zərbə endirildiyini açıqlayıb. Həmin muzdluların əsas hissəsini fransız döyüşçülərin təşkil etdiyi bildirilib. Nazirliyin məlumatına görə, zərbə nəticəsində 60-dan çox muzdlu ölüb, daha 20 nəfər isə xəstəxanaya yerləşdirilib. Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova fransalı səfirin nazirliyə çağırıldığını açıqlayıb.