Ekvador millisinin futbolçusu 22 yaşında öldü

ekvador-millisinin-futbolcusu-22-yasinda-oldu
Oxunma sayı: 1058

Ekvador millisinin və LDU klubunun 22 yaşlı futbolçusu Marko Anqulo vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, oyunçu avtomobil qəzasından sonra həyatını itirib.

Futbolçu oktyabrın 7-si qəzaya düşüb.

Anqulo və digər dörd nəfərin olduğu avtomobil sürətlə hərəkət edərkən 50 tonluq metal konstruksiyaya çırpılıb. Avtomobildə olan 2 nəfər ölsə də, oyunçu xəstəxanaya aparılıb. O, bir ay xəstəxanada yatdıqdan sonra, ötən gün həyatını itirib. 

Qeyd edək ki, M.Anqulo Ekvador millisində 2 oyun keçirmişdi.