Əlcəzairdə dəhşətli qəza - 27 ölü, 40 yaralı

elcezairde-dehsetli-qeza
Oxunma sayı: 309

Əlcəzairin şimalındakı Bumerdes vilayətində baş verən ağır yol qəzasında azı 27 nəfər həyatını itirib, 40-dan çox insan yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə sərnişin avtobusunun hərəkətdə olarkən naməlum səbəbdən idarəetməni itirərək yoldan çıxması və dərəyə aşması nəticəsində qeydə alınıb.

Qəzanın ardından əraziyə çoxsaylı təcili yardım və xilasetmə qrupları cəlb olunub.

İlkin məlumatlara görə, qəza nəticəsində 27 nəfərin öldüyü açıqlanıb. Rəsmilər ölənlərin sayının arta biləcəyini istisna etməyib.

Hadisə ilə bağlı araşdırma başladılıb. Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalar aparılır.

Əlcəzair Xarici İşlər Nazirliyi baş verən hadisə ilə əlaqədar ölkə xalqına başsağlığı verib və həlak olanların ailələrinə dəstək ifadə edib.