Əliyev Lukaşenko ilə görüşdü - Fotolar - Yenilənib

eliyev-lukasenko-ile-gorusdu
Oxunma sayı: 7360

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfər çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Belarus” yayıb.

***

Azərbaycan Prezidentinin Mətbuat xidməti görüşlə bağlı məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanla Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı bir daha məmnunluqla qeyd edilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib. Yüksəksəviyyəli görüşlərin və təmasların əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Dövlət başçıları əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək gələcək təmaslar və əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.