Evində yanaraq öldü

evinde-yanaraq-oldu
Oxunma sayı: 1838

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Səbail rayonu G.Əliyev küçəsi dalan 4, ev 16s ünvanında qeydə alınıb.

Nəticədə evdə yaşayan 1997-ci il təvəllüdlü Viktor Trukin köməksiz vəziyyətdə qalaraq ölüb.

Hadisə ilə bağlı FHN-in Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.