Gəncədə kütləvi zəhərlənmə olub.
“Qafqazinfo” xəbər verir ki, şəhər sakini olan 6 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, həmin şəxslər marketdən alıb yedikləri tortdan zəhərləniblər.
Xəstəxanaya yerləşdirilən şəxslər bunlardır: Muğamat İslamova (1955), Təranə Cəfərova (2008), Nüyvər Qədimova (2003), Sevinc İslamova (1976), Firuzə Abbasova (1998) və Röyal Qədimov (1996).
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, aprelin 11-i saat 03:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (5 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Yunis Quliyev