Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır.
İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.
***
Gəncə Birləşmiş Xəstəxansından bildirilib ki, bu gün saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Yunis Quliyev