Gürcüstan səfiri Ukrayna XİN-ə çağırıldı

gurcustan-sefiri-ukrayna-xin-e-cagirildi
Oxunma sayı: 1962

Gürcüstan səfiri eks-prezident Mixail Saakaşvilinin saxlanılma səbəbi ilə bağlı rəsmi informasiya almaq üçün Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat xidmətinin rəhbəri Oleq Nikolenko bildirib.

“KİV-də Ukrayna vətəndaşı Saakaşvilinin saxlanılması ilə bağlı rəsmi informasiyadan sonra Gürcüstan səfiri tutulmanın əsasları və şərtləri ilə bağlı rəsmi məlumat almaq üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə Nikolenko qeyd edib.

Saakaşvili Gürcüstanda saxlanıldı