Gürcüstanda qırmızı təhlükə səviyyəsi elan edildi

gurcustanda-qirmizi-tehluke-seviyyesi-elan-edildi
Oxunma sayı: 2136

Gürcüstan parlamenti nümayişçilərin binaya girmək cəhdləri ilə əlaqədar qırmızı təhlükə səviyyəsini elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin qanunverici orqanı bəyanat yayıb.

Qeyd edək ki, bu gün Gürcüstan parlamenti plenar iclasda ikinci oxunuşda “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. 83 deputat qanunun lehinə, 23-ü əleyhinə səs verib. Bundan sonra qanun layihəsi əleyhinə etiraz aksiyası yenidən başlayıb.