Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfər edəcək.
“Qafazinfo” xəbər verir ki, nazir bu barədə, Antalya Diplomatiya Forumunun qapanış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, səfər çərçivəsində iki ölkə arasında təsis edilmiş Strateji Mexanizm platformasının fəaliyyəti və digər beynəlxalq məsələlər müzakirə ediləcək:
“Gələn həftə həmkarım, dövlət katibi Entoni Blinkenin dəvəti ilə ABŞ-yə səfər planlaşdırılır”.