Harvard Tramp administrasiyasını məhkəməyə verdi

harvard-tramp-administrasiyasini-mehkemeye-verdi
Oxunma sayı: 1952

ABŞ-nin nüfuzlu Harvard Universiteti Donald Trampın administrasiyasını məhkəməyə verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Harvard Crimson” tələbə qəzeti məlumat yayıb.

Bildirilib ki, buna səbəb universitetin milyardlarla dollar dəyərində maliyyə vəsaitindən məhrum edilməsi olub.

Universitet ABŞ hökumətini konstitusiyaya zidd və qanunsuz kampaniya aparmaqda ittiham edir.

Harvard 2,2 milyard dollar məbləğində vəsaitin dondurulmasının qeyri-qanuni hesab olunmasını və bu qərarın ləğvini tələb edir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Harvard Universitetindəki vəsaitləri dondurmaq qərarı alıb. Amerika lideri məşhur universitetə sanksiya tətbiq etməsinin səbəbi kimi təhsil ocağının “antisemitist addımlar atdığı”nı əsas gətirib.