İran Omanda ABŞ-yə bunu təklif etmək istəyir

iran-omanda-abs-ye-bunu-teklif-etmek-isteyir
Oxunma sayı: 1042

İran Omanda ABŞ ilə danışıqlarda müvəqqəti nüvə sazişi məsələsini müzakirə etmək istəyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Axios” portalı yayıb. 

Bildirilib ki, Tehran Vaşinqtona hərtərəfli saziş üzrə danışıqları davam etdirməzdən əvvəl müvəqqəti nüvə sazişi üzrə işləməyi təklif etmək niyyətindədir. 

Mənbələr, həmçinin qeyd edib ki, İran tərəfi ABŞ Prezidenti Donald Trampın sazişin imzalanması ilə bağlı təyin etdiyi 2 ay müddətini qeyri-real hesab edir və eskalasiyadan yayınmaq üçün daha çox vaxt qazanmaq istəyirlər. 

Xatırladaq ki, aprelin 12-də Omanda İran və ABŞ nümayəndələri arasında danışıqlar keçiriləcək.