İranın müdafiə naziri və Keşikçi Qvardiyasının komandiri həlak olub - KİV

iranin-mudafie-naziri-ve-kesikci-qvardiyasinin-komandiri-helak-olub
Oxunma sayı: 2791

“İranın müdafiə naziri və Keşikçi Qvardiyasının komandiri İsrail hücumlarında həlak olub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyinin məlumatında deyilir.

Qeyd edilib ki, İsrailin hərbi əməliyyatları nəticəsində İranın müdafiə naziri Əmir Nasirzadə və İnqilab Keşikçiləri Qvardiyasının komandanı Məhəmməd Pakpur həlak olub.

Agentliyin məlumatında bildirilir ki, bu barədə İsrailin hərbi əməliyyatları ilə tanış olan iki mənbə və bir regional mənbə açıqlama verib. Mənbələrin sözlərinə görə, hər iki yüksək rütbəli şəxs İsrailin endirdiyi zərbələr nəticəsində həyatını itirib.

Hadisə ilə bağlı rəsmi Tehran tərəfindən hələlik açıqlama verilməyib.