Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazonfo” xəbər verir ki, hadisə rayon Qarağac kəndində qeydə alınıb.
Belə ki, rayon sakini Bəyanət İbadovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə İmişli sakini Rəvanə Nəsirlinin idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub.
Qəzada “VAZ-2107”nin sürücüsü ölüb, sərnişini, Sabirabad sakini, 1987-ci il təvəllüdlü Arif Paşayev və “Nissan”nın sürücüsü, onun övladı, 2016-cı il təvəllüdlü R.Nəsirli və 1991-ci il təvəllüdlü Ülviyyə Azadova xəsarət alıblar.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov



Son xəbərlər
Son Xəbərlər