Uşaqlarının adını butslarına yazdı - Foto

usaqlarinin-adini-butslarina-yazdi
Oxunma sayı: 669

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo dünya çempionatında daha bir maraqlı detalla diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli hücumçunun mundial matçlarında geyindiyi xüsusi dizaynlı butslarında 5 övladının adı yer alıb.

Ulduz futbolçunun ayaqqabılarının üzərinə Eva Maria, Alana Martina, Bella Esmeralda, Mateo və Kriştianu Juniorun adları həkk olunub.

Xatırladaq ki, portuqaliyalı ulduz turnir çərçivəsində keçirilən son matçda dubl edərək komandasının 5:0 hesablı darmadağınına böyük töhfə verib. Bundan əlavə, Ronaldo 6 DÇ tarixində qol vuran yeganə oyunçu olaraq rekorda imza atıb.